Sabirabad rayonunda 1 yaşlı uşaq ehtiyatsızlıqdan ölüb. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 4 iyun tarixində xəbər verir.
2023-cü il təvəllüdlü Xanbala Əhmədov yaşadığı Qalağayın kədində evdə beşikdə olarkən boğulub. Saat 20:00 radələrində körpənin yaxınları onun yatdığı yerdə boğularaq vəfat etdiyini görüblər.
Hadisə ilə bağlı araşdırma aparılır.