Sabirabadda itkin düşən gəncin meyiti Kür çayının sahilində tapılıb. Bu barədə 9 avqust tarixində Report məlumat verib.
Rafət Məlikzadənin cəsədi bu gün səhər saatlarında Kür çayının Muğan Gəncəli kəndi ərazisindən keçən sahilindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.
***
09:44
Sabirabad rayonunda 16 yaşlı oğlan itkin düşüb. Bu barədə 9 avqust tarixində Report məlumat verib.
Hadisə avqustun 8-də rayonun Muğan Gəncəli kəndində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Rafət Məlikzadə Kür çayı qırağında heyvanları otarmaq üçün evdən çıxıb, lakin geri qayıtmayıb. Çayın kənarında ona məxsus paltarlar aşkarlanıb.
Daha sonra R.Məlikzadənin atası hüquq-mühafizə orqanlarına məlumat verərək oğlunun itkin düşdüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.