Sabirabadda xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb, onlardan 13 kiloqramdan artıq narkotik götürülüb. Bu barədə 10 iyun tarixində APA məlumat verib.
Belə ki, rayon sakini Fərid Muradov və Yolçubəyli kənd sakini Aydın Eyvazov rayon ərazisində saxlanılıblar.
Həmin şəxslərin üzərinə və əllərində olan çantaya keçirilən baxış zamanı 3 ədəd polietilen torbada qablaşdırılmış və təmiz çəkisi 13 kiloqram 325 qram olan marixuana aşkar edilərək götürülüb.
Aparılan araşdırma zamanı məlum olub ki, F.Muradov və A.Eyvazov Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən iranlı narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq, 2 500 manat pul müqabilində narkokuryerlik etməyə razılaşıblar. Əvvəlcədən deyilən ərazidən narkotik vasitəni götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə onlar polis əməkdaşları tərəfindən yaxalanıblar.
Faktla bağlı cinayət işi başlanılıb.
[gallery columns="1" link="file" size="full" ids="118596"]