Sabirabad rayonunda 20 yaşlı gənc qadın intihar edib. Bu barədə 29 avqust tarixində Report məlumat verib.
Hadisə rayonun Yuxarı Axtaçı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2003-cü il təvəllüdlü Fərzəliyeva Aydan Ayaz qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.