Sabirabad rayonunda intihar hadisəsi baş verib. Bu barədə 30 avqust tarixində “Qafqazinfo” xəbər verib.
Rayonun Yuxarı Axtaçı kəndində yaşayan 20 yaşlı Aydan Fərzalıyeva özünü asaraq intihar edib. Onun meyitini saat 5:00 radələrində ailə üzvləri evin çardağında asılı vəziyyətdə aşkar ediblər.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.