Sabirabad rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb. Bu barədə Report 5 iyul tarixində xəbər verir.
Hadisə rayonun Dadaşbəyli kəndi ərazisində qeydə alınıb.
Yol qəzası zamanı Göyçay rayon sakini, 40 yaşlı Ramil Mustafayev, Tərtər rayon sakini, 48 yaşlı Səməndər Şirəliyev və İmişli rayon sakini, 41 yaşlı Ramil Abışov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hər üç şəxs Bakı şəhərində yaşayır.
Faktla bağlı araşdırma aparılır.