Sabirabad şəhərində 32 yaşlı şəxsi avtomobil vurub. Bu barədə Report 16 iyun tarixində xəbər verib.
Şəhərin H. Əliyev prospektində rayonun Cavad kənd sakini, 32 yaşlı Hüsən Şirinov yolu keçən zaman onu avtomobil vurub.
Müxtəlif dərəcəli xəsarətlər alan piyada Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra o, Bakı xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.