Sabirabadda 59 yaşlı kişi qonşunun həyətində intihar edib. Bu barədə 7 aprel tarixində Report məlumat verib.
Hadisə şəhərin Şəhriyar küçəsində qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü Kərimov Habil Paşa oğlu özünü asıb.
İntiharın səbəbi hələ ki məlum deyil.
Faktla bağlı araşdırma aparılır.