Sabirabadda iki azyaşlının iştirakı ilə yol qəzası baş verib. Bu haqda 20 mart tarixində APA məlumat verib.
Hadisə rayonun Qəzli kəndində baş verib. Qəzli kənd sakinləri - 11 yaşlı Özal Xəlilov və 10 yaşlı İmran Muradov yolu keçərkən onları "VAZ-2106" markalı avtomobil vurub.
Hər iki uşaq ilk növbədə Sabirabad xəstəxanasına aparılıb, daha sonra isə Bakıya göndərilib. Fakt araşdırılır.