Sabirabadın Qaragüney kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Bu barədə 10 iyun tarixində Report məlumat verib.
Avtomobil rayonun Nizami kənd sakini, 1995-ci il təvəllüdlü Mansurov Əmrah Qalib oğlunu vurub.
Yaralı aldığı ağır xəsarətdən hadisə yerindəcə ölüb.
Faktla bağlı araşdırma aparılır.