Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 18 avqust tarixində APA məlumat verib.
Hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb.
“Hyundai” markalı avtomobil yolu keçən Qaragüney kənd sakini, 1957-ci il təvəllüdlü Məmmədov Tofiq Heybət oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.