Sabirabad şəhərində 3 otaqlı ev yanıb. Bu barədə 2 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Ümumi sahəsi 70 kvadratmetr olan birmərtəbəli 3 otaqlı köməkçi tikilinin 2 otağının yanar konstruksiyaları 50 kvadratmetr sahədə və digər otağın tavanı 20 kvadratmetr sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.