Sabirabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda noyabrın 5-də Report xəbər yayıb.
Hadisə rayonun Zəngənə-Cavad kəndini birləşdirən yolda qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Nəticədə 1968-ci il təvəllüdlü Mayılov Vüqar və 1974-cü il təvəllüdlü Əsədov Natiq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.