Sabirabadda naməlum avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə 31 avqust tarixində APA məlumat verib.
Hadisə Sabirabad rayonunun Suqovuşan kəndində qeydə alınıb.
Naməlum avtomobil Suqovuşan kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəmov Qurbanəli İsmayıl oğlunu vuraraq öldürüb. Hadisəni törədən sürücünün axtarışları aparılır.
Faktla bağlı cinayət işi açılıb.