Sabirabadda narkokuryer saxlanılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Sabirabad polisi narkokuryerlik edən, əvvəllər narkotiklərə görə məhkum olunmuş Bəxtiyar Əliyevi saxlayıb. Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram heroin, metamfetamin və marixuana aşkarlanıb.
Araşdırmalar zamanı B.Əliyevin sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşının ona istifadəsi üçün narkotik vasitə təklif etdiyi və bunun müqabilində kuryerlik etdiyi məlum olub.
Faktla bağlı cinayət işi başlanıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.