Sabirabadda fənn müsabiqəsindən qayıdan şagirdlərin olduğu avtomobil qəzaya uğrayıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 1 may tarixində xəbər verir.
Hadisə rayon ərazisində qeydə alınıb.
Sabirabadın Qalağayın kənd tam orta məktəbində respublika fənn müsabiqəsindən imtahan verib geri qayıdan şagirdlərin olduğu avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qaratəpə kənd sakinləri - 13 yaşlı Zərifə Əzizova, həmyaşıdı Günel Cəfərova, 54 yaşlı müəllim Bəxtiyar Mövludov və daha 3 məktəbli müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.