Sabirabadda istehsalat məntəqəsində mühafizəçinin xəsarət aldıqdan bir neçə gün sonra ölməsi faktına dair cinayət işi başlanılıb. Bu barədə İnsanoid Baş Prokurorluğa istinadən bu gün, 21 iyun tarixində məlumat verir.
İyunun 4-də Sabirabad Sənaye Məhəlləsinin ərazisində yerləşən gübrə istehsalı məntəqəsində 35 yaşlı mühafizəçi Nurlan Cəbrayılovun müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Həmin gün saat 23:00 radələrində üzərinə yüksək temperaturlu gübrə məhlulunun tökülməsi nəticəsində Nurlan Cəbrayılov yanıq xəsarətləri alıb və iyunun 20-də müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
İbtidai istintaq davam etdirilir.