Sabirabadda yol qəzası olub, xəsarət alanlar var. Bu barədə 17 iyun tarixində Report məlumat verib.
Hadisə şəhərin Muğan prospektində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 2016-cı il təvəllüdlü Qobustan rayon sakini Dəmirli Ayan və 1966-cı il təvəllüdlü Ağayev Kamran Rüstəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.