Sabirabad sakinindən narkotik götürülüb. Bu barədə İnsanoid oktyabrın 29-da DİN-ə istinadən xəbər verir.
Belə ki, Qalağayın kənd sakini, əvvəllər məhkum olunmuş R.Məmmədovdan heroin aşkar olunub. Narkotik vasitəni ona satmaqda şübhəli bilinən Suqovuşan kənd sakini F.Əliyev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan da heroin götürülüb.
Davam etdirilən tədbirlərlə F.Əliyevə narkotik vasitəni satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Məmmədov da müəyyən olunaraq nəzarətə götürülüb. Onun yaşadığı evə baxış zamanı oradan 428 qram heroin və 87 qram metamfetamin aşkar olunaraq götürülüb.