Şabranın "Üç sotlar" yaşayış massivindəki fərdi yaşayış evlərindən birinə basqın edilib. Bu barədə Report 24 iyun tarixində xəbər verir.
Oğurluq məqsədilə edilən basqın zamanı rayon sakini Gülnarə Hüseynova yerindəcə, onun 1966-cı il təvəllüdlü həyat yoldaşı Arif Hüseynov isə Bakının "Neftçilər" xəstəxanasında dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.