Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 10 fevral tarixində xəbər verib.
"VAZ 2107" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çarpılıb.
Nəticədə Ülkər Məcidova və İlyas Məmmədov xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda fakt araşdırılır.