Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rahib Ağaseyid oğlu Mirzəyevin Şabran şəhərində keçirilən vida mərasimi başa çatıb. Bu barədə 23 may tarixində Report məlumat verib.
Şəhidin nəşi Şabran şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Rahib Ağaseyid oğlu Mirzəyev 1971-ci il sentyabrın 2-də Şabran şəhərində anadan olub. O, 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşmüşdü.