Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid oktyabrın 28-də APA-ya istinadən xəbər verir.
Hadisə dünən gecə saatlarında Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik və yük maşınının iştirakı ilə baş verən qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.