Şabranda baş verən qəza ölümlə nəticələnib. Bu barədə İnsanoid bu gün, 28 oktyabr tarixində xəbər verir.
Hadisə 21 oktyabr tarixində Şabran rayonunun “stansiya” adlanan ərazisində baş verib.
Vağzal istiqamətində hərəkətdə olan “VAZ” Nizami Gəncəvi küçəsi istiqamətindən gələn motosikletlə toqquşub.
Qəza nəticəsində motosikletçi xəstəxanaya yerləşdirilib. 8 gün komada qalan yaralı bu gün dünyasını dəyişib.
Araşdırma davam edir.
View this post on Instagram