Şabran rayonunda yol təmirinə 1 milyon manat ayrılıb.
29 dekabr tarixində Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla 4 000 nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)-Ağalıq-Daşlıyataq-Günəşli avtomobil yolunun əsaslı təmirinə 1 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.