Bakıda oğurluq hadisəsi baş verib. Bu barədə 17 yanvar tarixində Lent.az xəbər verib.
Belə ki, Sabunçu RPİ 14-cü Polis Bölməsinə rayonun Maştağa qəsəbəsində yerləşən marketlərin birində seyfdən 80 manat, inzibatçının çantasından isə 750 manat oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən və əvvəllər məhkum olunmuşlar - Saatlı rayon sakini İbrahim Alməmmədov və İmişli rayon sakini Mirsaleh Mirbabayev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.