Bakıda yanğın baş verib. Bu barədə noyabrın 7-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə Sabunçu rayonunda qeydə alınıb. Nəticədə sahəsi 25 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı evlər alovdan mühafizə olunub. Yanğın söndürülüb.