Sabunçu rayonu Aeroport şosesi, "Baku Expo Center"in qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə İnsanoid DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat Xidmətinə istinadən bu gün, iyunun 3-də məlumat verir.
Qəza səbəbindən həm Mərdəkan qəsəbəsi (daha çox), həm də mərkəz istiqamətlərində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.