Bakıda restoranda bıçaqlanma olub. Bu barədə APA 27 aprel tarixində xəbər verib.
Binəqədi rayonunun Binəqədi şosesində yerləşən "White Palace" restoranında spirtli içkinin təsirindən aralarında yaranmış mübahisə zəminində 17 yaşlı Polad Salmanov 18 yaşlı Xəyal Hüseynovu bıçaqlayıb.
Polad Salmanov polis tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-yə təhvil verilib.
Hazırda Binəqədi RPİ-də araşdırma aparılır.