Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.
Bununla bağlı 17 aprel tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Prezidentin əvvəlki Sərəncamı ilə Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.