top
Səfəvilər dövrünün nadir Azərbaycan xalçaları Nyu-Yorkda - FOTO
19 yanvar 2024, 00:56
- ↺ +

Səfəvilər dövrünün nadir Azərbaycan xalçaları Nyu-Yorkda - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ-nin Nyu-York şəhərində Səfəvilər dövründə toxunulmuş və günümüzə qədər qorunub saxlanılmış nadir Azərbaycan xalçaları nümayiş olunub. Bu barədə 19 yanvar tarixində Report məlumat verib.

"Azərbaycan Xalça Ehtişamı: Antik Toxuculuqda Səfəvi Xəzinələri" adlı sərgi Azərbaycanın ABŞ-dəki səfirliyi və Vaşinqtonda fəaliyyət göstərən ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı, Nyu-Yorkdakı "Türk Evi"nin ev sahibliyi ilə baş tutub.

Gecədə Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür, ABŞ - Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, ABŞ-də fəaliyyət göstərən türk və azərbaycanlı diplomatlar, hər iki qardaş ölkənin diaspor aktivləri, yerli ictimaiyyətin nümayəndələri və Amerikanın məşhur xalça kolleksionerləri iştirak ediblər.

USACC-nin icraçı direktoru Natiq Baxışov bildirib ki, sərgidə Səfəvilər dövlətinin hökmdarı Şah Abbasın sifarişi ilə hazırlanmış və günümüzə qədər qorunub saxlanan 13 ədəd nadir xalça nümayiş olunur. O deyib ki, sərgidə nümayiş olunan 17, 18, 19-cu əsrlərə məxsus saray xalçaları ABŞ-nin Boston ştatında yaşayan və əslən Cənubi Azərbaycandan olan Əmir Üskülünün şəxsi kolleksiyasındandır. Sərgidə Təbriz və Qarabağ xalçaları ilə yanaşı, miniatür xalçalar da nümayiş olunub.

Xalçaların sahibi, azərbaycanlı xalça kolleksioneri Əmir Üskülü xalçaların bir çoxunun atasının kolleksiyasından olduğunu deyib. O, sərgidə nümayiş olunan miniatür Qarabağ xalçalarından birini Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgürə hədiyyə edib.

[gallery link="file" size="full" ids="159366,159367,159368"]

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər