“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şahdağ” gəmi-bərəsi təmir edilib. Bu barədə 15 aprel tarixində ASCO-nun rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, gəmi üzrə gövdə qaynaq, boruquraşdırma, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb. Həmçinin “Şahdağ” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, baş göyərtəsi də obraziv qumla təmizlənərək rənglənib. Təmirdən sonra gəmi Türkmənistan istiqamətində ilk səfərinə çıxıb.
Qeyd edək ki, “Şahdağ” gəmi bərəsinin uzunluğu 154,5 metr, eni 18,3 metrdir. Gəmi 4 850 ton yükgötürmə qabiliyyətinə malikdir.