Şahdağ Milli Parkının yaranmasının 17-ci ildönümü məqsədi ilə əraziyə 10 baş yeni zubr gətirilib. Bu barədə 8 dekabr tarixində APA məlumat verib.
Hazırda zubrların ümumi sayı 61-dir.
Milli Parkın direktoru Nizaməddin Tağıyev bildirib ki, bu il Azərbaycanda zubrların çoxalması rekord həddə çatıb:
“Yeni doğulan körpə zubr balalarının sayı il ərzində 10 baş olub. 2023-ci ildə maral rentraduksiyasında da rekord göstərici qeydə alınıb. Milli Parkın İsmayıllı bölməsinə buraxılan maralların sayı artıq 7-yə çatıb. Bu da o deməkdir ki, burada olan maralların hamısı bala verib. Yaxın illərdə artımın daha çox olacağı gözlənilir”.