Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib. Bu barədə Report 13 may tarixində xəbər verib.
Mədəniyyət naziri Adil Kərimli bu barədə Əmr imzalayıb.
O, “Tərəqqi” medalçısı, 1998-ci il Respublika Muğam Müsabiqəsinin laureatı, Azərbaycan Milli Konservatoriyasının dosentidir.
Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və muğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.