Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 31-də Koreyanın paytaxtı Seul şəhərinə rəsmi səfərə gəlib. Bu barədə 31 oktyabr tarixində Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Nümayəndə heyətinə Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, deputatlar Afət Həsənova, Anar Məmmədov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Seulun “Gimpo” Beynəlxalq Hava Limanında nümayəndə heyətini Koreya parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Suh Byunq Su, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.