top
Sahibə Qafarova Serbiyanın Baş naziri ilə görüşüb
26 may 2023, 01:19
- ↺ +

Sahibə Qafarova Serbiyanın Baş naziri ilə görüşüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Serbiyada rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Baş naziri Ana Brnabiç ilə görüşüb. Bu barədə İnsanoidə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bu gün, 26 may tarixində məlumat verilib.

Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Baş nazir deyib ki, dost ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir.

O, Azərbaycanın Serbiya üçün çox böyük əhəmiyyətə malik ölkə olduğunu qeyd edib.

Sahibə Qafarova bu kontekstdə, xüsusilə Prezident İlham Əliyevin 2022-ci ilin noyabrında Serbiyaya rəsmi, həmçinin Prezident Aleksandr Vuçiçin 2018-ci ilin mayında Azərbaycana rəsmi və 2022-ci ilin dekabrında işgüzar səfərlərinin önəmini diqqətə çatdırıb.

Görüşdə Milli Məclisin sədri qeyd edib ki, yüksək səviyyəli siyasi təmaslar ikitərəfli gündəliyin digər sahələrində də əməkdaşlığın inkişafı üçün güclü əsaslar yaradır. O, iqtisadiyyat və ticarət sahələrini əhatə edən münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirib. Spiker deyib ki, Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti iqtisadi əlaqələri daha da dərinləşdirməyə imkan verəcək. Enerji sektoru əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensiala malik olan sahələrdən biridir. O, Azərbaycanın uğurlu enerji siyasəti haqqında məlumat verib.

Milli Məclisin sədri deyib ki, Azərbaycan və Serbiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərdə müsbət amillərdən biri də qanunverici orqanlar arasında əlaqələrdir. O, qarşılıqlı səfərlərin bu əməkdaşlığın inkişafına təkan verdiyini deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər