Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində, eləcə də Abşeron, Şəmkir, Qazax, Gədəbəy, Tovuz, Ucar, Yevlax, Yardımlı, Balakən, Qax, Beyləqan, Sabirabad, Saatlı, Şəki, Tərtər rayonlarında 100 mənzil və fərdi evi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edib.
Bu barədə 10 may tarixində Report məlumat verib.
Bununla da 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilmiş evlərin sayı 4 760-a çatıb.
Bunun 260-ı bu il verilib. Ümumilikdə isə ötən dövrdə 13 560 mənzil və fərdi ev təqdim olunub.
[gallery link="file" size="full" ids="115388,115389,115390"]