top
Şəhid oğullarını ziyarətə gedən ana qarət olundu
28 aprel 2023, 02:09
- ↺ +

Şəhid oğullarını ziyarətə gedən ana qarət olundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

II Qarabağ savaşında iki oğul itirən şəhid anası qarət olunub. Hadisə iki gün əvvəl Mingəçevir Şəhidlər xiyabanında baş verib. Bu barədə 28 aprel tarixində Bizim.Media-ya şəhid anası Maya Quliyeva məlumat verib.

Şəhid qardaşların - Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova oğlanlarını ziyarət etmək üçün Şəhidlər xiyabanına gəlib.

Balalarının məzarını təmizləmək istəyərkən dəsmal yumaq üçün uzaqlaşan ana çantasını məzarların yanında qoyub. Bu zaman onun çantasından telefon və pulqabı oğurlanıb.

Maya Quliyeva qeyd edib ki, iki balasını şəhid verəndən bəri onların telefondakı şəkilləri, videogörüntüləri və qalan səsləri ilə nəfəs alırdı.

Məlumata əsasən, oğurluğu törədən şəxsin kimliyi müəyyən olunub. Hazırda saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Qeyd edək ki, hər iki qardaş II Qarabağ savaşındakı döyüşlərdə qəhrəmanlıqları ilə seçilib və Ağdərə rayonu istiqaməti uğrunda gedən döyüşlərdə şəhid olublar.

İslam Əhmədov və qardaşı Əli Əhmədov Mingəçevir Şəhidlər xiyabanında dəfn ediliblər.

Onların anası oğlanlarını atasız böyütmüşdü. Birinin 27, digərinin 26 yaşı vardı. Onlardan biri nişanlı, digəri subay idi. Vətən müharibəsinin ilk günü Sevinc ana əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alıb.

[gallery columns="2" link="file" size="full" ids="114112,114111"]

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər