Bu gün düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə Ağstafa rayon sakini olub. Bu barədə 11 may tarixində Oxu.az məlumat verib.
Məlumata görə, 1988-ci il təvəllüdlü O.Novruzəlizadə rayonun Vurğun qəsəbəsinin sakini olub. O, subay olub.
Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.