Şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Nihad Oruclu üç universitetdən qəbul alıb. Bu barəda Oxu.az 29 avqust tarixində xəbər verib.
Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, Nihad bu il Bakı Oksford Məktəbini yüksək qiymətlərlə bitirib:
“Böyük arzumuz Nihadın İstanbul Texniki Universitetində, ya da ADA universitetində təhsil alması idi. Nihad hər iki universitetdən SAT nəticəsi ilə qəbul qazandı. ADA Universitetinin Kompüter mühəndisliyi, İstanbul Texniki Universitetinin Geoloji mühəndislik, YTB burslarının tam burs proqramı ilə Bursa Uludağ Universitetinin Kompüter mühəndisliyi ixtisasları üzrə qəbul qazandı. Əminəm ki, Raqufun da ruhu şaddır”.
Raquf Oruvov Aprel döyüşlərində şəhid olub.