Bu gün 20 şəhid valideyni Naxçıvandan Şuşaya yola düşüb. Bu barədə 2 dekabr tarixində Report məlumat verib.
Səfəri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təşkil edib.
Şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaq, qədim şəhərin tarixi yerlərinə baş çəkəcəklər.
Həmçinin şəhid ailələri Xocavənd rayonuna da gedəcəklər.