Şəhid Ayhan Haqverdiyevin anası İntizar Haqverdiyeva dünyasını dəyişib. Bu barədə 25 aprel tarixində Unikal.az xəbər verib.
Şəhidin bacısının sözlərinə görə, anası övladını itirdikdən sonra ürəyində problemlər yaranmışdı.
Qeyd edək ki, Ayhan Haqverdiyev 2020-ci il oktyabrın 4-də ikinci Qarabağ müharibəsi zamanı şəhid olub.