"Növbəti ildə daha 4 reabilitasiya mərkəzinin istifadəyə verilməsi planlaşdırılır". Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Bu barədə 14 iyun tarixində APA məlumat verib.
Nazir bildirib ki, son 5 ildə 12 reabilitasiya sosial xidmət mərkəzi yenidən qurularaq istifadəyə verilib:
"Əgər 2018-ci ildə bu mərkəzlər 10 min nəfərə xidmət göstərirdisə, keçən il 50 minə yaxın şəxsə xidmət göstərilib. Növbəti dövrlərdə bu gücün 100 minə qaldırılması hədəflənib. Bu gün Azərbaycanda 500 minə yaxın əlilliyi olan şəxs var. Hər il onların 25-30%-i bu reabilitasiya mərkəzlərində xidmət görməlidir".