Ölkədə qızılcaya qarşı kifayət qədər peyvənd var. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.
Bu barədə 22 dekabr tarixində APA məlumat verib.
“Azərbaycanda 11 peyvəndlə idarə olunan infeksiya var. Qızılca da onlardan biridir”, - deyə o bildirib.