Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan silsilə tədbirlər davam edir. Bu barədə İnsanoid federasiyanın rəsmi saytına istinadən bu gün, 6 mart tarixində xəbər verir.
Bu dəfə Azərbaycan və Malayziya şahmatçıları arasında dostluq görüşü keçirilib.
Ölkənin Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri İrfan Davudovun təşəbbüsü ilə reallaşan onlayn oyun Azərbaycan komandasının 4,5:3,5 hesablı qələbəsi ilə bitib.
Yarışda Azərbaycanı Fərid Orucov, Tunar Davudov, Səmra Qasımova və Xanım İsmayılova təmsil ediblər.
Ən yaxşı nəticə İsmayılovaya məxsus olub. Şahmatçı hər iki görüşündə qələbə qazanıb.