Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub. Bu barədə İnsanoid Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadən bu gün, 10 iyun tarixində xəbər verir.
8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.
Rauf Məmmədovun heyətində çıxış etdiyi "Chartres Echecs" 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı, Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.
29 xal toplayan "Bischwiller" ikinci, 27 xala malik "Asnieres le Grand Echiquer" komandası üçüncü yeri tutub.