Şəkidə yük avtomobili 88 yaşlı kişini vuraraq öldürüb. Bu barədə 25 dekabr tarixində Report məlumat verib.
Dekabrın 25-i saat 12 radələrində Şəki şəhəri ərazisində sürücü İlqar Əliyev idarə etdiyi “JAC” markalı yük avtomobili ilə 1935-ci il təvəllüdlü piyada Mərdanov Paşa Hümmət oğlunu vurub.
Ahıl kişi xəstəxanada dünyasını dəyişib.
Araşdırma aparılır.