Şəkidə üç gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs ölüb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 9 fevral tarixində xəbər verir.
75 yaşlı Şəki rayonunun Qoxmuq kənd sakini Çingiz Kamal oğlu Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, fevralın 6-da Şəki-Qax avtomobil yolunda "Mercedes" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət almışdı.
Faktla bağlı araşdırma aparılır.