Şəki şəhərində 5 avtomobil toqquşub, xəsarət alan var. Bu barədə 22 aprel tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Hadisə bu gün səhər saatlarında şəhərin M.Müşviq küçəsində qeydə alınıb.
Belə ki, ərazidə 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.