Şəkidə 6 yaşlı uşaq xəstəxanada ölüb. Bu barədə 6 yanvar tarixində APA məlumat verib.
Yanvarın 5-dən 6-na keçən gecə rayonun Sarıca kənd sakini, 6 yaşlı Yusif müalicə olunduğu Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində dünyasını dəyişib.
Azyaşlının xəstəxanada qızılca xəstəliyindən müalicə olunduğu bildirilir.